27 sentyabr ölkəmizdə Anım Günüdür

       Pirallahı rayonunda 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilib.

   Rayon tədbirində 243 nömrəli  tam orta məktəbin direktoru Elnur Bayramov, ibtidai sinif müəllimi Mütəllimova Vüsalə,UBTR Zahidə Zabraliyeva , şagird kollektivi, II Qarabağ müharibəsində iştirak etmiş,məktəbimizin qəhrəman ,vətənpərvər məzunları iştirak ediblər .

     Məktəbimizin şagirdləri öz çıxışlarında ,müzəffər Ali baş Komandan , Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun ikinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini , onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar .

    Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş  Pirallahı şəhidlərimizi  baş leytenant Vüsal Babayev və  Elmar Nəbiyevi dərin ehtiram və qürurla anır, xatirələrini uca tuturuq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi