"Zəfərin Təntənəsi"adlı tədbir keçirilib

24.09.2021ci-il tarixdə 243 nömrəli tam orta məktəbdə  27 sentyabr "Anım Günü "münasibətilə sinif rəhbəri Zeynalova Rübabə və UBTR Zahidə Zabraliyevanın təşkilatçılığı və IV sinif şagirdlərinin iştirakı ilə "Zəfərin Təntənəsi"adlı tədbir keçirilib.Tədbirdə II Qarabağ qazisi və iştirakçısı Anar Əhmədov  ,Ceyhun Cahangirov ,onların ailə üzvləri iştirak ediblər..Tədbirin əvvəlində vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub..Sonra sinif rəhbəri Zeynalova Rübabə tədbiri açaraq 44 günlük vətən müharibəsi haqqında  tədbir iştirakşılarına ətraflı məlumat verib. II Qarabağ qazisi və iştirakçısı Anar Əhmədov  ,Ceyhun Cahangirov II Qarabağ müharibəsiylə bağlı xatirələrini söyləyib.Tədbirdə Pirallahı RayonTəhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Arzu Cahangirova  çıxış edərək ,müharibə dövründə Dövlət,Xalq və Ordu birliyi haqqında ətraflı məlumat verib..Sonda tədbir iştirakçıları "Səhidlər Ölməz,Vətən Bölünməz"adlı videoçarxa  baxdılar və Şəhidlər haqqında təəssüratlarını bölüşdülər.

    İkinci Qarabağ müharibəsində iştirak edən 243 nömrəli tam orta məktəbin qəhrəman, vətənpərvər məzunlarını,.Əhmədov Anar ,Mirzəyev Vahid ,Cahangirov Ceyhun ,Ağayev Tofiq ,Abdullayev Faiq ,Qocayev Fazil ,Həsənov Elxan ,.Abbaszadə Pərvin ,Dadaşov Fərid

Qələbəmizi sizlərə borcluyuq, sizinlə qürur duyuruq!

Qalib ölkənin qalib əsgərləri, Sizinlə fəxr edirik!

   II Qarabağ müharibəsində iştirak edən məzünlarımız Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə "CƏSUR DÖYÜŞÇÜ" medalı ilə təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi