Yeni dərs ili uğurla başlanıb

22.09 2021-ci il tarixində 243 nömrəli tam orta məktəbdə 2021-2022-ci dərs ilində ibtidai təhsil səviyyəsində dərslər başladı. Dövlət himninin səslənməsindən sonra məktəbin direktoru Elnur Bayramov çıxış edərək şagirdləri, valideynləri və məktəbin pedoqoji kollektivini yeni tədris ili münasibətilə təbrik etdi.

 COVİD-19 pandemiyası ilə əlaqədar şagirdlərin hərarəti ölçülərək,  müəllimlərin nəzarəti altında siniflərə daxil oldular.

Təhsil Nazirliyinin qərarına əsasən dərslər "Qarabağ Azərbaycandır" mövzusuna həsr edildi. Mövzu ilə əlaqədar 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun şanlı qələbəsi barədə şagirdlərə ətraflı məlumat verildi.Şanlı ordumuzun göstərdiyi qəhrəmanlıqlardan danışıldı. Bu yolda canından keçən şəhidlərimiz yad edildi. Şagirdlər vətənə qələbəmizə, şəhidlərə həsr olunmuş şeirlər söylədilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi