"Azərbaycanın özü qədər əbədi şəxsiyyəti Heydər Əliyev" mövzusunda virtual məktəb platforması üzərindən sinif təşkilat saatı keçirilib

Məktəbin Fəaliyyət planına uygun olaraq ibtidai sinif müəllimi Rübabə Zeynalovanın rəhbərliyi ilə 3a sinfdə"Azərbaycanın özü qədər əbədi şəxsiyyəti Heydər Əliyev" mövzusunda virtual məktəb platforması üzərindən sinif təşkilat saatı keçirilib.

Şagirdlər dahi liderin hər zaman böyük məhəbbətlə dinlədiyi mahnıları ifa etdilər. Heydər Əliyevin mənalı və xalq üçün yararlı bir həyat yolu barədə faktlar söylədilər.Sinif rəhbəri şagirdlərə geniş məlumat verərək bildirdi ki, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli Liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq. Tədbrdə sinif rəhbəri şagirdlərin diqqətinə çatdırdı ki, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi kursu layiqincə davam etdirməkdədir. Məhz Onun rəhbərliyi ilə davam etdirilən siyasi kursun nəticəsində Azərbaycan dövləti regionun liderinə çevrilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi