“Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti Heydər Əliyev” mövzusuna dair sinif təşkilat saatı keçirilmişdir.

Məktəbin Fəaliyyət planına uygun olaraq ibtidai sinif müəllimi Vüsalə Mütəllimovanın rəhbərliyi ilə 1a sinfdə"Azərbaycanın özü qədər əbədi şəxsiyyəti Heydər Əliyev" mövzusunda virtual məktəb platforması üzərindən sinif təşkilat saatı keçirilib.

İlk öncə dahi rəhbərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dərsdə Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirildi. Şagirdlər dahi liderin hər zaman böyük məhəbbətlə dinlədiyi mahnıları ifa etdilər. Heydər Əliyevin mənalı və xalq üçün yararlı bir həyat yolu barədə faktlar söylədilər.Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər barədə şagirdlərə məlumat verildi. Bildirildi ki, Heydər Əliyev təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, dərsliklərin təkmilləşməsi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, ölkədə elmin inkişafına töhfələr vermiş, illər bоyu bu sahələrdə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir. Ulu Öndərin təhsil və elm sahəsində müdrik kəlamları bizim nəsil və gələcək nəsillər üçün böyük örnək olduğunu şagirdlərin nəzərinə çatdırıldı. Dahi liderin 98-ci ildönümünə həsr edilmiş sinif təşkilat saatı məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi