"MƏNİM İLK MÜƏLLİMİM"

25.05.2016-cı il məktəbimizin 4a sinfi "MƏNİM İLK MÜƏLLİMİM" adlı tədbir keçirdilər. Bayramsayağı bəzədilmiş zala musiqi sədaları altında gülərüz dördüncülər daxil oldular. Tədbiri 4-cülərin sinif rəhbəri Mütəllimova Vüsalə müəllimə öz çıxışı ilə açıq elan etdi. O, valideynləri, uşaqları orta təhsilin ilk mərhələsini bitirməklə əlaqədar təbrik elədi və gələcəkdə onlara təhsildə yeni-yeni uğurlar arzuladı. Tədbir Vətəni, Azərbaycanı tərənnüm edən şeir və mahnılarla davam edirdi. Dördüncülər müxtəlif səhnəciklərlə, musiqi-şeir kompozisiyalarla, rəqslərlə tamaşaçıları təəccübləndirdilər. Onların zövqlə bəzədikləri səhnə, xüsusi geyimləri bayram iştirakçılarına xoş təsir bağışlayırdı. Sonra çıxış üçün söz məktəbin direktoru Tarverdili Vaqif Baba oğluna verildi. O, valideynləri, uşaqları, müəllimləri təhsilin ilk pilləsinin uğurları ilə təbrik elədi, onlara can sağlığı və elmi fəth etməkdə gələcəkdə daha böyük nailiyyətlər arzuladı. Uşaqlar və valideynlər sinif rəhbəri Vusalə müəlliməyə çəkdiiyi böyük zəhmətə görə təşəkkürlərini bildirdilər. Bayramın sonunda yadigar olaraq silsilə şəkillər çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi