MÜTALIƏ EDƏK,ÖYRƏNƏK!

2015-ci il 13 mart tarixində Pirallahı rayonu 243№-li tam orta məktəbin IIIa sinif şagirdlərini iştirakı ilə kitabxananın oxu zalında tədbir keçirildi.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Alməmmədova İlhamə və tərbiyə işləri üzrə direktor müavini Qurbanova Tükəzban iştirakçıları salamladılar, tədbirin keçirilməsi məqsədi haqqında danışdılar. Tədbirdə kitabxanaçı Ağarəhimova Naidə də çıxış etdi.Sonra isə sinif rəhbəri Mütəllimova Vüsalə çıxış edərək aşağıdakıları söylədi: -Əziz şagirdlər,hörmətli iştirakçılar,biz hər şeydən əvvəl,Azərbaycan kimi müstəqil,azad,çiçəklənən bir dövlətdə yaşadığımız,bu ölkənin vətəndaşı olduğumuz üçün çox xoşbəxtik.Bu dövlət hər bir yeniyetmənin böyüyüb boya-başa çatması,oxuyub təhsil alması üçün çalışır. Təhsil sahəsində çalışan mütəxəssislər şagirdlərin mükəmməl savad alması üçün yeni metod və vasitələrə əl atır.Etiraf etmək lazımdır ki,bu gün texnikanın inkişafı,internetin geniş yayılması yeniyetmələri,ümumilikdə götürsək,gənclərimizi mütaliədən uzaqlaşdırıb.Əslində mütaliə insanların dünyagörüşünü genişləndirir,hər şeydən əvvəl,nitqini səlistləşdirir,fikrini aydın ifadə etməyə kömək edir.Bu məqsədlə də məktəblərdə,xüsusən də ,ədəbiyyat dərslərində mütaliəyə geniş yer vermək,şagirdlərin daha çox bədii əsərlər oxumasına çalışmaq lazımdır.Məktəblərdə “oxu dərnəklərinin” oxu klublarının yaradılması bu günün vacib şərtlərindəndir ki,dövlətimiz də bu işlərin icra edilməsinə diqqət yetirir. Mən dərs dediyim IIIa sinfində sinifdənxaric oxu materillarını diqqətlə seçir,proqramda olan mövzulara uyğun olmasına çalışıram.Sözsüz ki,yaş həddini də nəzərə alıram. Bu gün biz buraya S.S. Axundovun yaradıcılığından nümunələrin müzakirəsi üçün toplaşmışıq.Məlumdur ki,S.S.Axundov 1885-1894-cü illər arasında Qori müəllimlər seminariyasında təhsil almış,ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş,yazıçı,jurnalist,dərslik müəllifi olmuşdur.Məhz bu səbəbdən o uşaq psixologiyasını,dünyagörüşünü yaxşı bilmiş,onların sevə biləcəyi,tərbiyə ala biləcəyi mövzularda əsərlər yazmış və bu səbəbdən də sevilmişdir. Müəllimənin çıxışı zamanı şagirdlər S.S.Axundovun əsərlərini sevərək oxuduqlarını bildirdilər. Bizim dövlətimizdə uşaqların hüquqları gözlənilir,onlar bir fərd,bir şəxsiyyət kimi tərbiyələndirilir və böyüdülür.Onlar pulsuz kitablarla,digər məktəb ləvazimatları ilə təchiz edilir,məktəbin bütün imkanlarından istifadə edə bilirlər.Kitabxanada onlar üçün nümunəvi şərait yaradılıb,istədikləri vaxt onlara və valideynlərinə uşaqların hüquqları haqqında məlumat verilir,valideynlər maarifləndirilir. Dövlətimiz uşaqlar üçün tibb sahəsində,idman və digər sahələrdə yüksək səviyyəli şərait yaradıb,əlil və xəstə uşaqlar üçün sanatoriyalar,tibb ocaqları təşkil edib,onlar orada qayğı ilə əhatə edilərək pulsuz müalicələr alırlar. Bir sözlə,uşaqlar bizim gələcəyimizdir.Onlara qayğı göstərmək bizim borcumuzdur
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi