Elimizə-obamıza bahar gəlir!

Elimizə-obamıza bahar gəlir! Qaranquş müjdəli, xoş ovqatlı, çiçək ətirli, xonçalı Novruz Azərbaycan xalqının bayramlarının şahı sayılır. Çünki Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürək açıqlığını, qonaq sevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə əks etdirir. Qeyd edək ki, Novruz bayramı həm də şən gülüşlər, humanist ideyalar bayramı kimi qiymətləndirilir. Bayramın gəlişi Azərbaycanın hər bir yerində olduğu kimi, Pirallahı rayonunda yerləşən 243 №li tam orta məktəbdə də böyük sevinc və maraq hissi ilə qarşılanmış və “Gəl gəl a yaz günləri” adlı bədii – kompozisiya şəklində tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan 243№li tam orta məktəbin direktoru Vaqif Tarverdili Novruz Bayramının min illik tarixə malik olduğunu və Azərbaycan xalqının tarixində, adət- ənənələrində misilsiz rol oynadığını qeyd etmiş. O Novruzun çiçəklənmə, bahar fəslinin gəlişini bildirən bayram, həmçinin həmrəylik, milli birlik simvolu olduğunu bildirərək bu bayramın tarixi haqqında ətraflı məlumat vermışdir. O azərbaycanlıların qədim ənənələrə, yüksək mənəvi dəyərlərə sahib olduğunu, Novruz bayramını daima yaşatdığını və gələcək nəsillərə ötürdüyünü bildirmışdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi