Cəmşid Naxçıvanski adına hərbi liseyə ekskursiya təşkil olundu

Məktəbimizdə nizam-intizam və xüsusilə də təhlükəsizlik qaydalarına ciddi riayət etməklə məktəb kollektivlərində vətənpərvərlik hisslərinin təbliğinin düzgün formalaşmasında xüsusi əhəmiyyəti olan silsilə tədbirlər keçirilmişdir. Tədbirdə döyüşlərdə şəhid və xüsusi şücaət göstərmiş əsgər və zabitlərimiz gənc nəslə tanıdıldı, onların qəhrəmanlıq nümunələrinin təbliği ilə əlaqədar çıxışla edildi. Hətta "Biz hamımız Mübarizik" mövzusunda sənədli film nümayiş etdirildi. 17.05.2016-cı il tarixində isə Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şagirdlər arasında hərbi peşələrin təbliği məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin tarixi və gündəlik fəaliyyətləri ilə onların tanış edilməsi üçün ekskursiya təşkil olundu. Hərbi liseyin rəis müavini – polkovnik leytenant Kamran Nəsibov şagirdlərə ətraflı məlumat verərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Həmçinin şagirdlər kursantların geyim formaları, yeməkxana, istirahət otaqları və təlim-tədris mərkəzi ilə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi