"SƏN ELƏ BİR ZİRVƏSƏN" adlı tədbir keçirildi

Məktəbimizdə Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 93 - cü ildönümü ilə əlaqədar tədbir keçirildi. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra H. Əliyevin həyat və fəaliyyətini əks etdirən filim nümayiş etdirildi. Sonra məktəb xorunun ifasında “Sən elə bir zirvəsən” mahnısı səsləndirildi. Daha sonra şagirdlər vətənpərvərlik mövzusunda, həmçinin, H. Əliyevə həsr olunmuş şeir və kompozisiyalarla çıxış etdilər. IX sinif sinif şagirdi Qurbanova Elnarə H.Əliyevin hikmətli kəlamlarından söylədi. Sonra VI – VII sinif şagirdləri Z. Yaqubun “Bir dahi doğulub gəldi dünyaya” adlı şeirini söylədilər. Aparıcılar Ulu öndərin həyat və fəaliyyəti, onun hakimiyyətə yenidən qayıdışı haqqında məlumat verdilər. Sonra IX sinif şagirdi Eyyubova Gülşad “Azərbaycan haqqında nəğmə” şeirini söylədi. Tədbir məktəb xorunun ifasında “And içirik!” mahnısı ilə sona çatdı. Tədbirin sonunda məktəbin direktoru Vaqif Tarverdili tədbir iştirakçılarına məktəb kollektivi adından minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi