Məktəbdə sanitar-epidemioloji vəziyyətlə əlaqədar bir sıra tədbirlər görülüb

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tapşırığına əsasən koronavirusla bağlı məktəbdə sanitar-epidemioloji vəziyyətlə əlaqədar bir sıra tədbirlər görülmüşdür.
Belə ki,tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi ,şagirdlər və valideynlər məktəb rəhbərliyi tərəfindən məlumatlandırılıb.
Məktəbdə şagirdlər arasında respirator xəstəliklərin yoxlanılması üçün Pirallahı rayon 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının uşaq şöbəsinin həkimi Günay Balayeva dəvət edilib,xəstəliyin olub-olmamasına dair siniflərdə baxış keçirib.
Məktəbdə yerləşən tibb otağına zəruri tibbi ləvazimatlar alınıb.Məktəbin tibb bacısı tərəfindən dezinfeksiyaedici işlər görülüb.

     Məktəb rəhbərliyi,tibb bacısı,sinif rəhbərlərinin iştirakı ilə I-XI sinif şagirdlərinə qrip virusu haqqında maarifləndirici təlim keçirilib. Şagirdlərə qrip zamanı nə etməli, necə davranmalı, qripin müalicəsi, qripin yoldaşlarına yoluxmasının qarşısını almaq haqqında ətraflı məlumat verilib.

  Şagirdlər xəstəliyin gedişatı və müalicəsi haqqında səmərəli məlumat əldə etmiş oldular.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi