"Xocalıya ədalət" adlı tədbir keçirilib

   Məktəbdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş "Xocalıya ədalət" adlı tədbir keçirilib.
Tədbirdə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəbin hərbi rəhbəri çıxış edərək qeyd etdi ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli faciəsidir.Tədbirdə şagirdlər tərəfindən səhnəcik nümayiş edildi,seirlər söylənildi,mahnı ifa edilib.

   Məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi