“Şahinlər” hərbi idman oyunları keçirildi

Bu gün məktəbimizdə “Şahinlər” hərbi idman oyunlarına həsr edilmiş tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə aprel ayının əvvəllərində düşmən təxribatının qarşısını alarkən şəhid olanların xatirəsini yad etdi. ”Şahinlər” hərbi idman oyunlarında əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması, həmçinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir. Tədbirdə çıxış edən hərbi müəllim Xanlar Əsgərov bildirib ki, son vaxtlar erməni işğalçıları ilə gedən şiddətli döyüşlərdə zabit və əsgərlərimizin şücaət göstərərək düşmənə layiqli cavab verməsi, bəzi strateji əhəmiyyətli yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi, yeniyetmə və gənclərimizdə vətənpərvərlik hisslərinin gücləndirilməsində bu oyunların vacibliyini bir daha sübut edir. Tədbirdə məktəbin IX-XI sinif şagirdləri iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi