“EKOLAB” LAYİHƏ OLİMPİADASINDA FİZİKA FƏNNİ ÜZRƏ I YERƏ LAYİQ GÖRÜLDÜK

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin VII-XI sinif şagirdlərinin ekologiya elminə marağının artırılması, onların ekoloji problemlərin həllinə cəlb olunması, təbiətə qayğıkeş və humanist münasibətlərinin formalaşdırılması, ölkəmizin təbii sərvətləri, iqtisadiyyatı və ətraf mühiti haqqında ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi, ekoloji bilik və bacarıqlarının inkişaf etdirilməsi eləcə də, bu sahədə şagirdlərin elmi axtarışlara sövq edilməsi, layihə, elmi - tədqiqat işinə meyilli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi və onlarla məqsədyönlü iş aparılması məqsədilə Bakı şəhər məktəbliləri arasında 22 aprel - "Beynəlxalq Yer Günü" nə həsr olunmuş ekoloji problemlər mözusunda "Ekolab" layihə olimpiadasının növbəti rayon turu keçirildi. Bu olimpiadada məktəbimizi VIII sinif şagirdi Şəbiyeva Aytac və IX sinif şagirdi Eyyubova Gülşad Fizika fənni üzrə təmsil edərək I yerə layiq görüldülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi