“SƏNİ TƏRƏNNÜM EDİRƏM AZƏRBAYCAN” ADLI ŞEİR VƏ MAHNI MÜSABİQƏSİ KEÇİRİLDİ

Bakı şəhər məktəblilərində nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, sənətə, incəsənətə olan marağı artırmaq, bu sahədə şagirdlərin bacarıqlarının, yaradıcılıq potensialının müəyyənləşdirilməsi və inkişaf etdirilməsinə dəstək vermək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Səni tərənnüm edirəm Azərbaycan” adlı şeir və mahnı müsabiqəsi keçirilir. 1-ci mərhələ 17 mart – 17 aprel tarixlərində Pirallahı rayon məktəblərində, 2-ci mərhələ 27 aprel 2016-cı il tarixində 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində keçirildi. Müsabiqə şеir və mahnı janrları üzrə üç mərhələdə və üç yaş qrupunda aparıldı. Qaliblər 5 bal sistemi ilə müəyyənləşdirildi. Müsabiqənin I mərhələsində 243№Lİ tam orta məktəbin IX sinif şagirdləri Eyyubova Gülşad və Qurbanova Elnarə iştirak etdilər.Artıq müsabiqənin təhsil müəssisələrində keçirilən I mərhələsi başa çatıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi