Məktəb üzrə təşkilat saatları Beynəlxalq Ana Dili Gününə həsr olunub

Sinif rəhbərlərinin apardığı tərbiyəvi işin ən mühümü olan sinif təşkilat saatı şagirdlərin təhsil və tərbiyəsinə düzgün istiqamət vermək üçün çox faydalı və gərəklidir. Sinif kollektivi yaratmaq, sinifdəki hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətlərini dərindən öyrənmək məqsədi ilə maarifləndirici, istiqamətləndirici və təşkiledici istiqamətdə mütəmadi olaraq siniflər üzrə sinif təşkilat saatı keçirilir.
21 fevral tarixində məktəb üzrə təşkilat saatları Beynəlxalq Ana Dili Gününə həsr olunub.
Fevralın 21-də 7a sinfində Şəlalə Şabanova növbəti təşkilat saatını bu mövzuya həsr etdi . O , şagirdlərlə mövzu ətrafında söhbət apardı. Uşaqlar Ana dilini tərənnüm edən şeirlər söylədilər , mahnılar oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi