"Ana dilim kimliyim" mövzusunun təqdimatı keçirilib

Məktəbin illik fəaliyyət planına uyğun olaraq dil-ədəbiyyat aylığı çərçivəsində fevralın 21-də Azərbaycan dili müəllimi Şəlalə Şabanovanın təşkilatçılığı ilə "Ana dilim kimliyim" mövzusunun təqdimatı keçirilib.Tədbirdə şagirdlər hazırladıqları təqdimatları təqdim ediblər.
Tədbirin əsas məqsədi ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, yeniyetmə və gənclərə çatdırmaq, onlara dilimizi sevdirməkdir.
Şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Fevral ayı məktəbdə dil-ədəbiyyat aylığı elan olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi