“Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirildi

28 aprel 2016-cı ildə Pirallahı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Pirallahı rayonu 243 nömrəli tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan 243 nömrəli tam orta məktəbin direktoru Vaqif Tarverdili əvvəlcə tədbir iştirakçılarını salamladı və Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirərək, məktəblərdə keçirilən bu tədbirlərin əhəmiyyətindən danışdı. Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev dini radikalizmin mahiyyəti haqqında ətraflı məlumat verdi. Sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev multikulturalizm anlayışı, multikulturalizm sahəsində ölkəmizdə görülən işlər haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, bildirdi ki, multikulturalizm ölkəmizdə dövlət siyasəti olmaqla yanaşı, xalqımızın tarixi köklərinə dayanan bir həyat tərzidir.Tədbirdə şagirdlərlə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi