“20 Yanvar – Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirilib

 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibəti ilə məktəbdə “20 Yanvar – Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirilib.
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnılar oxunub, şeirlər söylənilib. Biri-birini əvəz edən kompozisiyalar vətənpərvərlik hissləri aşılayıb. Kompozisiyada şagirdlər qeyd ediblər ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin təzahürü idi. Biz hər zaman müstəqillik yolunda həlak olan şəhidlərimizin adını uca tutmalıyıq.
Tədbirdə qeyd edilib ki, Sovet imperiyası həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizə ruhunu sarsıtmağa çalışsa da, buna nail ola bilməyib. Əksinə, Vətəninin azadlığı uğrunda mübarizəyə qalxmış xalq son ana qədər mübarizə əzmi nümayiş etdirərək, öz istiqlaliyyətinə qovuşub. Xalqımız 20 yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi