Məktəbimizin fəalları "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin final mərhələsində iştirak etdilər

Aprel ayının 26 - da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin Bakı şəhəri üzrə final mərhələsi keçirildi. Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbiri giriş sözü ilə açan Universitetin rektoru Mustafa Babanlı bu mərhələyə keçmiş şagirdləri təbrik etdikdən sonra Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva müsabiqənin keçirilməsi üçün yaratdığı şəraitə görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbəri və kollektivinə təşəkkür etdi. Müsabiqənin gedişatı barədə geniş məlumat verən İdarə müdiri istedadlı və bacarıqlı uşaqların üzə çıxarılmasının vacibliyini qeyd etdi. Final mərhələsində iştirak edən 24 komandadan biri bizim məktəbin şagirdlərindən ibarət idi. Tərkibi 3 nəfərdən ibarət olan komandamızı 9-cu sinif şagirdi Eyyubova Gülşad, 10-cu sinif şagirdi Orucov Nurlan, 11-ci sinif şagirdi Rəsulova Xalisə təmsil edirdilər. Komandalar 2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun olaraq kimya fənni üzrə 30 sualdan ibarət testi, 5 məsələni və 1 praktiki işi yerinə yetirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi