Rus bölməsi üzrə ibtidai sinifdə 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Yeni ilin gəlişi” şənliyi keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü — 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni ilin gəlişi” münasibətilə 25 dekabr 2019-cu  il tarixdə Pirallahı rayonu, 243 №-li tam orta məktəbin idman zalında bayram tədbiri keçirilib.

İbtidai sinif müəllimi yüksək pedaqoji təcrübəyə malik Rafikova Gülnarə 3b sinfinin şagird və valideynlərinin iştirakı ilə "Yeni il -2020" şənliyi keçirib.Tədbirdə məktəb rəhbərliyi və müəllim heyəti də iştirak edib.Tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili özündə əks etdirən kompozisiyalar,şeir və mahnılardan təşkil edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi