“Reproduktiv sağlamlıq” tədris-təlim keçirildi

21.04.2016-cı il tarixində Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin dəstəyi ilə məktəbimizdə “Ümidli gələcək” təşkilatının həyata keçirdiyi “Reproduktiv sağlamlıq” tədris-təlim keçirildi . “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” nın və “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” nın müvafiq bəndlərinin icrasının təmin olunması məqsədilə “Ümidli gələcək” gənclər təşkilatının nümayəndəsi Dilguşə Süleymanova VI-VIII sinif qızları ilə maarifləndirmə söhbəti apardı.Təlimdə məktəb rəhbərliyi,tibb bacısı və şagirdlər iştirak etdilər.Sonda təlimçi ailə İnstitutlarının formalaşmasında “Reproduktiv sağlamlıq” ın mühüm yer tutduğunu izah etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi