“Valideynin məktəbdə bir günü”adlı layihə çərçivəsində valideynlərlə görüş keçirilmişdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26.11.2019-cu il tarixli F-448 №-li əmrinə əsasən müəllim- valideyn əməkdaşlığının genişləndirilməsi ,valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığının təmin olunması ,tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi , məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət yaradılması məqsədilə 6 dekabr 2019-cu il tarixində 243 № li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü”adlı layihə çərçivəsində valideynlərlə görüş keçirilmişdir.
Təhsil siyasətinin həyata keçirilmısində valideynlərin aktiv iştirakının təmin olunması , qeyri - formal mühitdə məktəbin inzibati , pedaqoji heyəti və texniki işçi kollektivi ilə səmərəli ünsiyyət platformasının yaradılması məqsədilə keçiriləcək " Valideynin məktəbdə bir günü" adlı layihə ilə bağlı məktəbin direktor əvəzi İlhamə Alməmmədova çıxış edərək bu layihə haqqında ümumi məlumat verdi , valideyn - məktəb əməkdaşlığı və onların bir-birini qarşılıqlı olaraq dəstəkləməsi şagirdin inkişafı üçün əlverişli psixoloji mühitin yaradılmasının əsas şərti olduğunu qeyd etdi.
Layihə çərçivəsində valideynlər məktəb kitabxanası , yeməkxanası, sinif otaqları ,idman zalı,akt zalı,laboratoriya kabineti ilə yaxından tanış oldular.Onlara məktəbin fəaliyyəti və tədris posesi barədə ətraflı məlumat verildi.Valideynlərin iştirakı ilə tədris posesini izləmək məqsədilə riyaziyyat,coğrafiya,fizika,ana dili,biologiya fənləri üzrə nümunəvi dərslər keçirildi. Dərs müşahidəsi zamanı dərslərin yeni metodlarla keçirilməsi valideynlərin marağına səbəb oldu və maraqlandıqları suallar müəllimlər tərəfindən cavablandırıldı.
Sonda məktəb rəhbərliyi tərəfindən təşkil olunmuş seminar keçirildi.Seminarda maarifləndirici sohbət aparılaraq ,məktəb-valideyn əməkdaşlığının önəminə dair tövsiyyələr verildi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi