"Kiçik Akademiya"

Ziya Ağayev adına 241 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 3 may 2021-ci il tarixdən fəaliyyətə başlayıb. Əsas məqsədimiz V-XI siniflərdə təhsil alan istedadlı şagirdlərin elmi axtarışlara sövq edilməsi, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək,referatlar hazırlamaq,birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq, tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək, mövcud yaradıcılıq potensialı nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaqdan ibarətdir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində, təbiət, texniki bölmələr fəaliyyət göstərir. 3 may tarixdən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib.Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib və şagirdlər arasında istedadı ilə fərqlənən şagirdlərin seçilməsi istiqamətində işlər başlamışdır.
XƏBƏR LENTİ
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi