FƏXRİMİZ

                                       Ağayev Ziya Niyaz oğlu

       1974-cü il avqustun 25-də Zirə qəsəbəsində anadan olmuşdur. 1980-ci ilə 241 nömrəli məktəbin 1-ci sinifinə qədəm qoymuşdur. Tərbiyəsi və mədəniyyəti ilə seçilən şagirdlərdən biri olmuşdur. 1990-cı ildə tam orta təhsilini başa çatdırmışdır.

      1993-cü il sentyabrın 28-də Əzizbəyov rayon hərbi komisarlığından hərbi xidmətə çağırılıb. 1993-cü il sentyabrın 28-dən, 1994-cü il yanvarın 25-dək Şıxovda hərbi xidmətdə olub. 

      1994-cü il yanvarın 25-də könüllü olaraq ərizə yazıb cəbhəyə, döyüş bölgəsinə gedib. Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüş zamanı 1994-cü il aprelin 30-da həlak olmuşdur.    

     Zirə qəsəbəsi şəhid oğlunun – Ziyanın xatirəsini həmişə əziz tutur. Vaxtı ilə oxuduğu 241 nömrəli məktəb indi şəhidin adını daşıyır.

       Ziya Ağayev doğma Zirə qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

      İndi yəqin ki, Ziyanın ruhu da şaddır. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə həmdə sənin qələbəndir.Nə qədər ki bu torpaq var, nə qədər ki biz varıq şəhidimiz qəlbimizdə əbədi heykəl olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi