Məktəbdaxili yoxlama
Məktəbin IX siniflərində Riyaziyyat, Azərbaycan dili, İngilis dili fənləri üzrə məktəbdaxili monitorinq keçirildi. Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin əldə etdikləri bilik və bacarıqların yoxlanılmasıdır.
Monitorinq zamanı şagirdlərə qeyd olunan fənlər üzrə qapalı və açıq suallar təqdim olundu.
Daha sonra monitorinqin nəticələri fənn metodbirləşmə sədrləri başda olmaqla müəllimlər tərəfindən yoxlanılaraq müqayisəli təhlil əsasında geniş müzakirə olunacaq.