HAQQIMIZDA

Məktəb 1980-cı ildə inşa edilmiş və 1981-ci ildən fəaliyyətə başlamışdır. Məktəb  1178 şagird üçün nəzərdə tutulmuşdur. Məktəbdə fizika, kimya, biologiya laboratoriyaları və kompyuterlə təchiz olunmuş informatika kabineti mövcuddur. Hal-hazırda məktəbdə 1204  şagird təhsil alır və bu şagirdlərin təlim-tərbiyəsi ilə 111  pedaqoji işçi məşğul olur. Məktəbin direktoru Əliyeva Səbinə Süleyman qızıdır. 

Məktəbimiz son illərdə bir çox uğurlara imza atmışdır. Şagirdlərimiz rayon üzrə keçirilən “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”ndə I yerə  və “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”ndə III yerə layiq görülmüşlər. “Formula I Avropa Qran Pri”  yarışlarının təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərinin  rayon mərhələsində şagirdlərimizin komandası  3x3 basketbol yarışlarında III yerə layiq görülmüşdür. Müəllimlərimiz Təhsil Nazirliyinin və “Edumedia Azərbaycan” şirkətinin birgə keçirdiyi “Təbiət fənləri üzrə Labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” müsabiqəsində ən yaxşı təlimçi işi nominasiyasında I yerə, biologiya fənni üzrə ən yaxşı təcrübə işi üzrə II yerə və fizika fənni üzrə  ən yaxşı təcrübə işi kimi fərqləndiyi üçün diplom və hədiyyələrlə təltif olunmuşlar.

2018-2019-cu tədris ilində məktəbimizin X sinif şagirdi Təsviri Sənət Qalereyasının təşkil etdiyi “ Uşaq və Gənclərin ən yaxşı yaradıcılıq işləri” nominasiyası üzrə I yerə layiq görülmüşdür. Bununla yanaşı şagirdlərimiz müxtəlif idman növləri üzrə yarışlarda fəal iştirak edərək uğurlar  qazanmışlar.

Məktəbimizdə şagirdlərimizin asudə vaxtınının səmərəli keçirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və tədris prosesinə həvəsinin artırılması üçün ehtiyac və maraqlarına əsasən müvafiq tədbirlər görülür.

Məktəbimiz bir sıra yerli və beynəlxalq layihələrdə iştirak edərək uğurlar qazanmışdır. E-Twinning beynəlxalq layihəsi üzrə məktəbimiz 3 sertifikata layiq görülmüşdür.  Həmçinin 24-26 oktyabr 2019-cu il tarixində “eTwinning Plus” layihəsi çərçivəsində müəllimimiz Ramilə Almuradova Fransanın Nitsa şəhərində keçiriləcək illik konfransa dəvət almışdır.

2016-2017-ci tədris ilində ilk olaraq bizim məktəbimizin qoşulmuş olduğu informatika fənninin tədrisi üzrə pilot layihə olan "Rəqəmsal bacarıqlar" layihəsi 2018-2019-cu tədris ilində də uğurla davam etdirilir. Hal-hazırda azərbaycan və rus bölmələrinin 5,6,7-ci siniflərində bu layihə üzrə informatika dərsləri keçirilir.

2018-2019-cu tədris ilinin yekunu olaraq bir sıra məzun şagirdlərimiz uğurlu nəticələr əldə etmiş və respublikamızın ən qabaqcıl təhsil ocaqlarına daxil olmuşlar. Bu tədris ilində 2 nəfər məzunumuz 600 baldan çox bal toplayaraq ali məktəblərə qəbul olmuşdur. 2018-2019-cu tədris ilində “STEAM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi” ilə bağlı təliminlərdə iştirak edən müəllim Aynurə Bağırova sertifikatla təltif olunmuşdur. 

2019-2020-ci tədris ilində məktəbin məzunları yenə də uğurlu nəticələr əldə etmiş və ölkənin qabaqcıl ali təhsil ocaqlarına qəbul olmuşlar. Baxmayaraq ki, COVİD -19 infeksiyasının yayılması səbəbindən dərslər onlayn qaydada məsafədən keçirildi, şagirdlər və müəllim kollektivi böyük əzmlə işlərini davam etdirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi