“Təbiət naminə birləş! Həyat naminə birləş!” layihəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş! Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.             

Aksiyada məktəb kollektivi və şagirdlər də iştirak etmişdir. Aksiyada otuz minə yaxın ağac əkilmişdir.                                                      

Qeyd edək ki, ağac əkilən ərazidə əvvəlcə müvafiq iməcilik təşkil olunub, təmizlik işləri aparılıb. Aksiya çərçivəsində ağacların əkilməsi, sulanması, ərazinin tullantılardan təmizlənməsi ilə yanaşı, buradakı mövcud ağaclarda quş yuvaları və yem qabları quraşdırılıb. Tədbir çərçivəsində ərazidə müxtəlif əyləncəli və musiqili proqramlar, yarışlar təşkil olunub. İştirakçılar aksiyaya qatılmaqdan məmnun qaldıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkdirildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi