“Uşaq Hüquqları aylığı”
7 B sinfində tarix müəllimi Xəyalə Qələndərovanın iştirakı ilə "Uşaq hüquqları" mövzusunda tədbir keçirildi. Ənənəvi olaraq hər il 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsinin əsas məqsədi uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Tədbirdə bildirildi ki, Azərbaycanda da uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimləndiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə hüquqlarının daha da təkmilləşdirilməsi ilə konkret tədbirlərin və dövlət proqramlarının gerçəkləşdirildiyini qeyd edilib. Həmçinin artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur.
Şagirdlər çıxış edərək uşaqların hüquqları ilə bağlı fikirlərini bildirdilər.