"Maarifləndirici tədbir"
Oktyabrın 28-i 2019-cu il tarixində məktəbin tarix müəllimi Rəhman Məmmədov 9-cu sinifdə Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, milli-mənəvi dəyərləri, zəngin təbiəti mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirdi.
Maarifləndirici tədbirdə şagirdlər bir-bir çıxış edərək Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, milli-mənəvi dəyərləri və zəngin təbiətindən danışdılar. Şagirdlər Qız qalası, Şirvanşahlar sarayı, Bayıl qalası və digər tarixi abidələr haqqında ətraflı məlumat veriblər. Onlar həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründən, Heydər Əliyevin hakimiyyəti gəlməsi və hakimiyyəti illərindən danışıblar.
Tədbirin keçirilməsində məqsəd şagirdlərə milli özünüdərk, milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanmasıdır.