“Diaqnostik qiymətləndirmə” keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən oktyabr ayının 26-da 5-ci sinif şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili, riyaziyyat və xarici dil (əsas xarici dil) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə ümumtəhsil məktəblərində Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə diaqnostik imtahan təşkil edildi. Əvvəlcədən məktəbdaxili komissiya təşkil edildi və imtahan nəzarətçiləri təyin edilərək imtahana cəlb edildi. Diaqnostik qiymətləndirmə məktəbimizdə saat 10:00-da başlanılıldı. 10:30 - da sual kitabçaları paylanıldı və sualların cavablandırılması üçün 180 dəqiqə vaxt verildi.