Şagirdlərdə mütaliəyə marağın yaradılmasında kitabxanaların rolu

               Hər bir məktəbdə kitabxana vardır və təhsil məhz oradan başlayır. 22 oktyabr Beynəlxalq Kitabxana günüdür. Şagirdlərdə mütaliəyə marağın yaradılmasında kitabxanaların rolu çox böyükdür. Ümummilli lider Heydər Əliyevin « Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer mənəviyyat, bilik,  zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir » kəlamı məktəb müdiriyyəti, müəllim, kitabxanaçı və hər bir şagird üçün bir konsepsiyaya çevrilmişdir.                                                                       

                  Məktəb kitabxanası şagirdlərin və müəllimlərin axtardıqları məlumatları tapmağa müvəffəq olduqlarını şagirdlərə çatdırmaq məqsədilə məktəbin kitabxanasında tədbir keçirildi. Kitabxana müdiri Vüsalə Əliyeva şagirdlərə kitabxanalar, onların fəaliyyəti haqqında məlumat verdi. Onlardan bir neçəsini kitabxanaya üzv qəbul etdi. Məktəb kollektivi hər bir şagirdin kitabxananı müqəddəs bir yer hesab etməsi üçün var qüvvəsilə çalışır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi