“18 Oktyabr” Azərbaycan tarixinin ən mühüm günlərindən biri kimi

18 oktyabr Azərbaycanın Milli müstəqillik günü ilə əlaqədar məktəbimizdə dərslər müstəqilliyimizin bərpasının 28-ci ildönümünə həsr olundu. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümünə həsr olunmuş dərslərdə iştirak edən şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə Vətənə olan sevgilərini nümayiş etdirdilər.
Məktəbimizdə qonaq olan Təlimə dəstək mərkəzinin nümayəndələri bu dərslərdə iştirak etdilər. Daha sonra onlar məktəbimizin direktoru və müəllim kollektivi ilə görüşərək öz fikirlərini paylaşdılar.
Tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilib.