STEAM layihəsinin tətbiqi

               Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb. Layihə çərçivəsində müəyyən edilmiş məktəblər üzrə tədrisə ümumilikdə 6000-dən çox 6-cı sinif şagirdi cəlb edilib. STEAM şagirdlərə 5 sahənin - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir.

            Fizika müəllimi Aynurə Bağırovanın rəhbərliyi ilə məktəbimizdə bu layihənin tətbiqi şagirdlərə mühəndislik səriştələri aşılayaraq, bu qabiliyyətlərin real həyatda problemlərin həlli zamanı tətbiqini öyrədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi