Beynəlxalq Müəllimlər Gününüz mübarək

Bu gün məktəbimizin foyesində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi. Tədbiri açıq elan edən məktəbin direktoru Şəhanə Əhmədova öz nitqində “müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi ki, həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır ”söylədi.  O, öz növbəsində bütün müəllim kollektivimizi peşə bayramı münasibətilə təbrik etdi və müəllimlərə daha böyük nailiyyətlər arzuladı.                                                                                                                                                                                    Daha sonra şagirdlər tədbirin ədəbi-bədii hissəsində şeirlər söylədilər, rəqs nümunələri göstərdilər. Tədbir şagirdlərimizin müəllim kollektivimiz üçün hazırladıqları slaydların nümayişi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi