2019-2020-ci tədris ili başladı
Bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür. İlk dərs günü ilə əlaqədar ümumtəhsil müəssisələrində ibtidai siniflərdə ilk dərs məşğələsi "İdman və sağlamlıq", V-IX siniflərdə "Mütaliə - mənəvi zənginliyə aparan yol", X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olunacaq.
Məktəbimizə yeni qədəm qoyan şagirdlər müəllim kollektivi tərəfindən qarşılandı. Direktor Şəhanə Əhmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Orucova, tərbiyə işləri üzrə direktor müavini İsmixan Həsənov müəllim və şagirdləri salamladı, onlara yeni dərs ilində uğurlar arzuladı.