"Əlvida məktəb illəri"

                Məktəbimizdə ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd edilir. Tədbirdə bütün məktəb kollektivi, valideynlər iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Aparıcılar tədbir iştirakçılarını təbrik etdilər. Sonra söz məktəbin direktoru Ş.Əhmədovaya verildi. O, məzunları "Son zəng" tədbiri ilə əlaqədar təbrik etdi və gələcək həyatlarında onlara bir daha müvəffəqiyyətlər arzuladı. Direktor məktəbin pedaqoji kollektivinin qazandığı uğurlar barədə məlumat verdi. Məzunları təbrik etdi. Fərqlənən məzunlara diplomlar təqdim olundu. Tədbirdə iştirak edən digər qonaqlar da məzunlara və məktəbin kollektivinə uğurlar arzuladı. Tədbirdə şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olundu, daha sonra son zəng çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi