Müəllimimizin uğuru

            İyunun 12-də Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində görülən işlərə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizdə təhsilə daim xüsusi önəm verildiyini deyib, son illər bu sahədə əldə olunan uğurlardan danışıb. “Rəqəmsal bacarıqlar” layihəsinin əhəmiyyətini vurğulayan nazir müavini bildirib ki, beynəlxalq təcrübə öyrənilməklə müasir informasiya texnologiyalarının tədris prosesində tətbiqi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb.

            “Alqoritmika” şirkətinin baş direktoru Andrey Lobanov layihənin uğurları və dünyada təhsil sahəsində aparılan yeniliklərdən bəhs edib. Tədbirdə, layihənin 15 ən yaxşı müəllimi arasında məktəbimizin informatika müəllimi Gülnar Məmmədova da yer almışdır. Ona məktəb kollektivimiz adından daha böyük uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi