15 iyun - Milli Qurtuluş Günü

                15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.1993-cü ildə ölkədə siyasi böhran yarandığı vaxt, ölkəni bu vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürən ulu öndər Heydər Əliyev oldu. Heydər Əliyev ölkəni dağılmaq təhlükəsindən xilas etdi, vətəndaş müharibəsinin qarşısını aldı. O, ölkənin xilaskarı kimi Azərbaycanı dağılmaq təhlükəsindən qorudu, müstəqil Azərbaycanın yaradıcısı oldu. Bu tarixi hadisəni bu il də məktəbimizdə qeyd edildi. Tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimləri Rəhman Məmmədov və Aygün Babayeva şagirdlərə tarixi hadisə barədə geniş məlumat verdi. Onlar 15 iyun Qurtuluş Gününü Ulu öndərimizin xalq qarşısında mühüm xidmətlərindən biri kimi qiymətləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi