Uşaqlar dünyanın sevincidir

             Uşaqların Beynəlxalq Müdafiəsi Günü -1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

           “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə bağlı məktəbdə 3 B sinfinin rəhbəri Dadaşova Günayın təşkilatçılığı ilə möhtəşəm tədbir keçirildi. Tədbir rəngarəng musiqilər, şeirlər, mahnılar, rəqslərlə müşahidə olundu.          

              Tədbirdə çıxış edən məktəbin direktoru Şəhanə Əhmədova bildirdi ki, Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir.
        

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi