"Valideynin məktəbdə bir günü" layihəsinin 2-ci mərhələsi həyata keçirildi

Mayın 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən, valideynlərlə pedaqoji əməkdaşlığın gücləndirilməsi, övladlarının təlimə münasibəti və nailiyyətləri, eləcə də ümumi təhsildə baş verən yeniliklər haqda onların məlumatlandırılması məqsədilə məktəbimizdə “Valideynin məktəbdə bir günü" layihəsinin 2-ci mərhələsi həyata keçirildi.
Məktəbin direktoru Şəhanə Əhmədova valideynləri səmimi salamladı, layihənin proqramını onların nəzərinə çatdırdı.
Keçirilən toplantıda məktəbin əldə etdiyi nailiyyətlər, eləcə də bu uğurların əldə olunmasında valideynlərlə pedaqoji əməkdaşlığın rolu geniş müzakirə olundu.
Toplantıdan sonra valideynlər sinif otaqları, fənn kabinetləri, kitabxana, məktəbin yeməkxanası ilə tanış oldular.
Bütün iştirakçılar “Açıq qapı” günündən xoş təəssüratlarla ayrıldılar.