Qobustan qoruğuna səyahət

3 C sinif şagirdləri Səidə Məmmədovanın rəhbərliyi ilə qaya rəsmləri ilə tanış olmaq üçün Qobustana səyahət etdilər. Min il öncə bu yerlərdə yaşayan qədim qəbilələr qayalar üzərində bu rəsmləri çəkmişdilər. Bu rəsmlər vasitəsilə qədimdə insanların necə yaşadığını, nə ovladığını, necə rəqs etdiyini anlamaq mümkündür. Səyahət zamanı şagirdlər qaya rəsmləri ilə tanış oldular, onların nə məna verdiklərini öyrəndilər. Onlar  Qobustan qoruğunun ərazisində yerləşən müasir muzeyə də baş çəkdilər. Orada şagirdlər qoruq ərazisində tapılan tarixi əhəmiyyət daşıyan eksponatlarla tanış oldular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi