Pedaqoji Şura keçirildi

Mayın 27-də məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirinin 13 may 2019-cu il tarixli, F-260 nömrəli əmrinə əsasən Pedaqoji Şura keçirildi. Şuranı açıq elan edən direktor Şəhanə Əhmədova ilk öncə pedaqoji fəaliyyətində uğur əldə etmiş müəllimləri təbrik etdi. O, daha sonra bütün pedaqoji kollektivə təlim-tərbiyə işində daha məsuliyyətli olmağı tövsiyə etdi. Təhsil prosesinin keyfiyyəti ilk növbədə “müəllim-şagird”, “müəllim-valideyn” münasibətlərinin düzgün qurulmasından asılıdır. Məktəb rəhbərliyi müəllim və valideynlərlə birlikdə məktəbdə sağlam mənəvi-psixoloji mühitin formalaşması və sabit saxlanılmasını təmin etməlidir.

Daha sonra məktəbin direktor müavini Sevinc Orucova çıxış edərək qarşıda duran məsələlərlə bağlı pedaqoji kollektivi məlumatlandırdı.

Pedaqoji Şurada məktəbin fizika müəllimi Cəfərov İlkin Respublika Müəllimləri arasında keçirilmiş Şahmat yarışında, Respublika üzrə II yeri tutduğu üçün fəxri fərmanla təltif olundu.

Pedaqoji Şuranın sonunda yekun qərarlar alın, müvafiq tapşırıqlar verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi