“ Hissələr, kəsrlər ” bölməsinə aid “ Açıq dərs “
Məktəbimizdə ibtidai sinif müəllimi Günay Dadaşova “ Açıq dərs ” təşkil etdi. “Hissələr, kəsrlər” bölməsinə aid olan “Açıq dərs “ 3 B sinif şagirdləri ilə birlikdə keçirildi. “Açıq dərs ” də direktor, direktor müavinləri, müəllimlər iştirak edirdilər. Müəllim Günay Dadaşova şagirdləri kəsr ədədləri ilə tanış etdi. O, şagirdlərlə birlikdə əyani vəsaitlərdən istifadə edərək dərsi yekunlaşdırdı. Dərsi izləyənlər “ Açıq dərs ” in təşkilindən razı qaldılar.