Fizika müəlliminin təlimlərdə uğurlu iştirakı
Təhsil Nazirliyinin təşəbbüsü ilə 3-31 mart və 13-18 may tarixlərində 50 təhsil mütəxəssisi (müəllim və digər təhsil müəssisəsində işləyən mütəxəssislər) İsraildə və Bakıda 5 həftəlik təlimlərdə iştirak etmişdir. Təlimlərdə iştirak edənlər sırasında məktəbimizin fizika müəllimi Aynurə Bağırova da olmuşdur. Təlimlərin keçirilməsində məqsəd STEM təhsil proqramının Azərbaycan kurikulumlarına uyğunlaşdırılması və bu məzmunun yerli mütəxəssislərə çatdırılmasıdır.
16.05.2019-cu il tarixində “STEAM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi” ilə bağlı təlimin bağlanış mərasimi keçirildi. Bağlanış mərasimində iştirak edən müəllim Aynurə Bağırovaya sertifikat təqdim olundu.