“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.04.2019-cu il tarixli, F-145 nömrəli əmri ilə Bakı şəhəri ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin Azərbaycan və rus bölmələrinin 9, 10 və 11-ci sinif şagirdləri arasında elan edilmiş “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirildi. Final mərhələsində komandalar 30 test sualları və 2 məsələ ilə yanaşı, bir təcrübə işini də yerinə yetirdilər. Müsabiqə məktəb proqramı çərçivəsində 2 (iki) akademik saat (1 saat 30 dəqiqə) ərzində aparılmışdı.
Final mərfələsində məktəbimizi fizika müəllimi İlkin Cəfərovun rəhbərliyi ilə 9-cu sinif şagirdi Babək Hüseynzadə, 10-cu sinif şagirdi Nəzrin Əsgərova və 11-ci sinif şagirdi Könül Məmmədli təmsil edirdi. Onlar müsabiqədə uğurlu nəticə göstərərək diplom və hədiyyələrlə mükafatlandırıldılar.