“Gənc bioloqların yaradıcılıq müsabiqəsi”nin məktəb turu
BŞTİ-nin 13.05. 2019-cu il tarixli F-221 nömrəli əmri ilə təsdiq edilmiş Bakı şəhəri ümumi təhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin 9-11-ci sinif şagirdləri arasında “Gənc bioloqların yaradıcılıq müsabiqəsi”nin məktəb turuna start verildi. Məktəb turunda müsabiqənin rayon turu üçün şagirdlər seçiləcək. Həmin şagirdlər komandalar şəklində təyin edilən məktəblərdə iştirak edəcəklər. Hər komanda üç nəfərdən ibarət olmaqla müsabiqəyə qatılacaq. Müsabiqə məktəb proqramı çərçivəsində 30 test sualından, 2 məsələdən ibarət olmaqla 2 akademik saat ərzində keçiriləcək. Şagirdlərimizə uğurlar arzu edirik.