“Əbədiyyət üfüqündə doğan günəş İmadəddin Nəsimi – 650” adlı ədəbi-bədii gecə

“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 689 nömrəli sərəncamına əsasən məktəbimizdə silsilə tədbirlər davam edir. Bu sərəncama əsasən məktəbimizdə  “Əbədiyyət üfüqündə doğan günəş İmadəddin Nəsimi – 650” adlı ədəbi-bədii gecə keçirildi. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir.

 Ədəbi-bədii gecə 5,8,11-ci sinif şagirdlərinin iştirakı ilə Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Rəhmanovanın rəhbərliyi altında hazırlanmışdı. Direktor Şəhanə Əhmədova, Bakı Baş Təhsil İdarəsinin aparıcı məsləhətçisi Fərman Abdullayev, direktor müavinləri, müəllimlər tədbiri izləyənlər arasında idilər.

Tədbirdə şagirdlər simvolik olaraq Xurşidbanu Natəvanın rəhbərliyi ilə şöhrəti Qarabağdan bütün Azərbaycana yayılan “Məclisi-üns” adlı ədəbi məclisində “Nəsimi yaradıcılığı”nı müzakirə etdilər. Daha sonra şagirdlər onun yaradıcılığından nümunələr səsləndirdilər.

Hürufilik ideyalarının banisi olan Fəzlullah Nəiminin vəfatı, Nəsimi ilə Əmir Teymurun dialoqu və daha sonra Nəsiminin edam səhnələri tədbiri izləyənlərin marağına səbəb oldu. Tədbir əsnasında Nihat Məmmədov adlı 5 A sinif şagirdimiz Nəsiminin portretini hazırladı.

 Tədbirin sonunda Nəsiminin “Sığmazam” qəzəli hamı tərəfindən yüksək səslə söylənildi və Nəsiminin portreti qonaqlara təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi