“ Şuşasız 27 il mövzusunda ən yaxşı təqdimat " müsabiqəsi
Mayın 8-də “ Şuşasız 27 il mövzusunda ən yaxşı təqdimat ” müsabiqəsi keçirildi. İnformatika müəllimi Gülnar Məmmədova şagirdlər arasında müsabiqə təşkil etdi. Şagirdlər Şuşaya aid təqdimat hazırladılar. Təqdimatları hazırlamaq üçün şagirdlər Şuşa haqqında məlumatlar topladılar. Onlar Şuşanın müxtəlif dövrlərdəki şəkilləri ilə təqdimatlarını daha da zənginləşdirdilər.
Belə dərslərdə şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hislərini daha da artırır.