“Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası”nın ilk turu keçirildi

               Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11.04.2019-cu il tarixli, F-163 nömrəli əmrinə əsasən ümumi təhsil müəssisələrinin V-VI sinif şagirdləri arasında “Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası” keçirilir. Olimpiadanın məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi tədbirlərdə iştirak təcrübəsini qazandırmaq, istedadlı, xüsusi ilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkar etməkdən ibarətdir.                                                                               Mayın 4-də “Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası”nın ilk turu keçirildi. Məktəb rəhbərliyinin nəzarəti altında keçirilən olimpiadada Azərbaycan və rus bölməsi üzrə şagirdlər özlərini sınadılar. Onlara hər iki bölmə üçün 2 variantda tərtib edilmiş suallar təqdim edildi.  Olimpiadanın ilk turu saat 09:00-da başladı və 10:30-da yekunlaşdı. Şagirdlərimizə növbəti turlarda da uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi